Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda pandemiya ilə əlaqədar olaraq növbəti qapanmalar gözlənilmir.
BAKU.WS "Oxu.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır.
“Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
TƏBİB rəsmisindən qapanma ilə bağlı AÇIQLAMA
“Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının “üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var ola...