Azərbaycanda koronavirusa ən çox bu ərazilərdə yoluxublar - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda COVID-19-a yoluxma statistikası açıqlanıb.
BAKU.WS xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərindədir. Paytaxtda yoluxanların sayı 53.4 faiz təşkil edir.
Bakıda isə ən çox yoluxma dəyişməz olaraq Binəqədi rayonunun payına düşür. Orada koronavirusa yoluxma 14.6 faizdir.
Bundan başqa, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Bakıdan sonra ikinci ən çox yoluxma Abşeron rayonunun payına düşür. Orada yoluxma sayı 13.4 faiz təşkil edir.
Bundan başqa, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.3 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.3 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.5 faizdir.
Oxşar xəbərlər
Bakıda koronavirusa yoluxma ən çox bu rayonun payına düşür - SİYAHI
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. BAKU.WS "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.0...