Azərbaycanda koronavirus gələn yaya kimi qala bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
“Pandemiya uzun müddət davam edə bilər. Ola bilər, gələn il də bu xəstəliklə məşğul olacağıq, profilaktik tədbirlər görəcəyik”.
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov “Real TV”yə açıqlamasında deyib:
TƏBİB rəsmisi əhalinin 2/3 hissəsində tam immunitet yarandıqdan sonra virusun aramızdan gedə biləcəyini deyib. "Düzdür, bu barədə proqnoz verməkdə ehtiyatlı olmaq lazımdır. Ancaq hesab edirəm, üzümüzə gələn yaya qədər biz hələ də bəzi problemlərlə üzləşə bilərik. Ondan sonra inanmıram, bu bizi ciddi narahat etsin”.
O qeyd edib ki, artıq bir müddətdir ki, ölkədə epidomoloji vəziyyət nəzarət altındadır. Gündəlik yoluxma 100-150 və bəzən daha az olur. Yoluxanların sayının aşağı düşməsi həm görülən tədbirlərin, həm də əhalinin qaydalara ciddi əməl etməsinin nəticəsidir.
“Yoluxamalar azaldıqca, vəziyyət sabitləşdikcə Operativ Qəragah yumşaltmalar edir və edəcək. Yumşalmalar çoxaldıqca, sərbəstlik artdıqca qaydaları daha ciddiyə almaq lazımdır. Düşünmək lazım deyil ki, yoluxma azalıb və hər şey düzəlməyə doğru gedir. Virus bizim aramızdadır və ondan mümkün qədər qorunmağa hamımız çalışmalıyıq. Əgər qorunmasaq, ağır nəticələr ortaya çıxa bilər".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...