Azərbaycanda kirayə mənzil bazarında qiymətlər DƏYİŞİB?
Mənzil kirayəsi bazarında yüksək sabitlik izlənilib. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101.6, köhnə tikili mənzillərin kirayə bazarında isə 100 səviyyəsində formalaşıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) məlumat verilib.
Qeyd edilib ki, bu göstəricilər kirayə bazarının, əsasən, əhalinin real ödəmə qabiliyyəti və uzunmüddətli yaşayış tələbi əsasında tənzimləndiyini göstərir.
Beləliklə, satış bazarında müşahidə olunan qiymət artımları kirayə seqmentinə tam həcmdə ötürülməyib.
Ümumilikdə, may ayının nəticələri göstərir ki, Azərbaycan daşınmaz əmlak bazarı 2026-cı ilin ikinci rübündə sağlam və balanslı inkişafını davam etdirir.
Ən yüksək artım investisiyayönümlü torpaq bazarında müşahidə olunsa da, mənzil və kommersiya seqmentlərində daha sabit və idarəolunan dinamika formalaşıb.
Bazarın əsas xüsusiyyəti artıq sürətli qiymət sıçrayışlarından uzaqlaşaraq daha dayanıqlı artım mərhələsinə keçməsidir.
Oxşar xəbərlər
Bakıda müəllimin şagirdin başına saqqız yapışdırması iddiası ilə bağlı açıqlama
315 nömrəli tam orta məktəbdə ingilis dili müəlliminin məktəbin "8b" sinif şagirdinin başına saqqız yapışdırması ilə bağlı iddialara rəsmi cavab verilib. BAKU.W...