Azərbaycanda kimlər silah ala bilər? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda mülki şəxslərin odlu silah əldə etməsi qanunla müəyyən olunmuş qaydalara əsaslanır.
BAKU.WS-in məlumatına görə, bu sahəni əsasən "Odlu silah haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ aktlar tənzimləyir.
Bəs silah əldə etmək istəyən şəxslər hansı tələblərə cavab verməlidirlər?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli BAKU.WS-in sorğusuna cavab bildirib ki, ölkədə 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah (odlu silah istisna olmaqla), 21 yaşına çatmış vətəndaşların isə mülki odlu silah əldə etmək hüququ var:
"Mülki silah əldə etmək istəyən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması yoxlanılır".
Oxşar xəbərlər
Aşura günündə indiyədək 765,45 litr qan toplanıb
Saat 12:00-a olan ilkin göstəricilərə əsasən, 1 701 nəfər könüllü donor qan verib. BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Toplanmış...