Azərbaycanda keçirilən prezident seçkiləri Gürcüstan mediasının diqqət mərkəzindədir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın geniş oxucu kütləsinə malik “interpressnews.ge”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı, “marneulifm.ge” radiosu səsvermənin başlaması ilə bağlı məlumatlar yayıblar. Azərbaycan, gürcü, rus və ingilis dillərində dərc olunan materiallarda əsasən səsvermənin başlaması barədə məlumat verilib. Eyni zamanda, seçkilərin ilk dəfə müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb.
Qeyd olunub ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən doqquzuncu seçkidir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Ölkədə 6319-u daimi, 218-i müvəqqəti olmaqla 6537 seçki məntəqəsi yaradılıb. Seçki məntəqələrinin 26-sı azad olunmuş ərazilərdədir. Seçkilərdə iştirak etmək üçün 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçkiləri 90 minə yaxın müşahidəçi izləyir. Onlardan 790-u 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçilərdir. Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə yaradılan 49 seçki məntəqəsində 23 mindən çox Azərbaycan vətəndaşı səs verəcək. Azərbaycan ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...