Sabah 39° isti olacaq
Azərbaycanda iyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-39° isti, dağlarda gecə 14-18°, gündüz 24-29° isti olacağı ehtimal edilir.
Oxşar xəbərlər
Gömrük Məcəlləsi dəyişir : Hansı malların ölkəyə daxil olmasının qarşısı alınacaq?
Gömrük Məcəlləsinə bir sıra dəyişikliklər edilir. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamenti iyulun 13-də keçirilən ple...