Azərbaycanda işçilərin icbari tibbi sığortalanması təmin ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Məcəlləyə yeni maddənin "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunub.
Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bu sahələrdə əməkhaqqının bir hissəsi işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək
Nazirlər Kabinetinin qərarı ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli...