Azərbaycanda intihar hallarının sayı azalıb - Baş prokurorluq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda intihar və intihara cəhd hallarının sayı azalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında bildirilib. Qeyd edilib ki, intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalmışdır.
Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3% azalmışdır.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...