Azərbaycanda il ərzində neçə nəfər zəhərlənib? - SƏBƏBLƏR
Bu ilin yanvar-noyabr ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə ümumilikdə 1 118 nəfər qəbul edilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, xəstələrin böyük əksəriyyəti dərman preparatlarının normadan artıq qəbulu və sirkə turşusundan ehtiyatsız istifadə səbəbindən xəstəxanaya yerləşdirilib.
İl ərzində toksikologiya şöbəsinə müraciət edənlər arasında dəm qazı, spirtli içkilər, fosfor üzvi birləşmələr, allergik reaksiyalar, anafilaktik şok, botulizm, ilan sancmaları, yandırıcı və həlledici məhlullarla zəhərlənən şəxslər də olub.
Həkimlərin vaxtında müdaxiləsi nəticəsində zəhərlənənlərin böyük hissəsinin vəziyyəti stabilləşdirilərək evə buraxılıb.
Oxşar xəbərlər
Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblərin işi icraata verildi
Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzama...