Azərbaycanda ibadət yerlərinin sayı məlum oldu - RƏSMİ

Azərbaycanda ibadət yerlərinin sayı məlum oldu - RƏSMİ
Açıqlama
Sosial 82

Son illər Azərbaycanda dini müxtəlifliyin qorunması və bütün konfessiyalara bərabər münasibətin təmin olunması beynəlxalq səviyyədə də nümunə kimi göstərilir.

BAKU.WS-in məlumatına görə, fərqli dinlərə mənsub insanların tarixən sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə ibadət azadlığı dövlət tərəfindən təmin edilir.

Bu kontekstdə Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərə məxsus ibadət yerlərinin sayı ilə bağlı məsələ də ictimai maraq doğurur.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı ölkədir:

"Respublikamızda dini tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bütün dini konfessiyalara bərabər hüquq və şəraitin yaradılması təmin edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəs istədiyi dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququna malikdir. Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında tənzimlənir, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir.

Ölkəmizdə 2387 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi, eləcə də 1 bəhai və 1 krişna ibadətgahı fəaliyyət göstərir".

Orxan Hüseyn

Son xəbərlər