Azərbaycanda heyvanlar çipləşdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Vəhşi təbiətə dronla nəzarət sahəsində işlər davam etdirilir".
BAKU.WS APA-ya istinadən bildirir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, 2021-ci ilin yay ayı ərzində baş verən yanğınların izlənilməsi üçün dron çəkilişlər çox faydalı olub: "Bunun üçün də kənardan vəsait hesabına layihələr həyata keçirilir. Heyvanların izlənilməsi üçün çiplər alınır".
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov isə qeyd edib ki, Hirkan Milli Parkında bəbir kameralar vasitəsilə müşahidə edilib: "Bu, Azərbaycanda ilk dəfə idi. Heyvanlar aləminin növ tərkibini kameralar vasitəsilə öyrənə bilirik. GPS-lər vasitəsilə heyvanları daha yaxşı izləyə bilirik".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...