Azərbaycanda həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə MAAŞLARI ARTIRILDI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Müdafiə və Maliyyə nazirliklərinə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Yollarda görməni məhdudlaşdıran təhlükə - Yüksək sürət korluğu
Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünə...