Azərbaycanda hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb

Azərbaycanda hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
Sosial 221

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DDLA-dan məlumat verilib.

"Hazırda Azərbaycanın bütün dəniz limanlarından gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5,5 metrə çatacağı gözlənilir.

Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və operatorların daimi nəzarəti altındadır. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə Milli Dəniz Administrasiyası Mərkəzi küləyin istiqaməti və gücünə, dalğaların hündürlüyünə və görünmə məsafəsinə daim nəzarət edir. Mərkəzin mütəxəssisləri külək zəifləyənə qədər məlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər", - agentlikdən bildirilib.

Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında -3, Naxçıvan MR-da -10, dağlıq rayonlarda isə -20 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Bakıda bu yollarda nəqliyyat vasitələrinin hərəkəti çətinləşib

Bakıda bu yollarda nəqliyyat vasitələrinin hərəkəti çətinləşib

Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda y...

28 Sosial 08:32 20 avqust 2025

Son xəbərlər