Azərbaycanda hava proqnozu ilə bağlı tətbiq hazırlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda hava şəraiti ilə bağlı proqnozu öyrənmək üçün “Meteo az” mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. “Meteo az”ın həm “Android”, həm də “iOS” platformaları üzərindən fəaliyyət göstərəcək versiyaları hazırlanacaq. Hava proqnozlarına dair açıq məlumat servisinin, eləcə də “Rəqəmsal Ekologiya Vahid İnformasiya Sistemi”nin “Meteoroloji Məlumatlar” modulunun hazırlanması planlaşdırılır.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...