Azərbaycanda gündəlik yoluxmaların 4-6 faizi müəllimlərin payına düşür
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda ölkədə gündəlik təxminən 2 400 yoluxma var".
BAKU.WS xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook"da canlı yayım zamanı sualları cavablandırarkən bildirib.
“Yoluxma çox olduğu halda məktəblər açıq ola bilməz. Gündəlik yoluxmaların təxminən 4-6%-i müəllimlərdə olub. Təbii ki, yoluxmaların hamısı məktəbdə baş vermir. Bu yoluxmalar ailədaxili, nəqliyyatda və başqa yerlərdə baş verir. Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur. Bunun da 80%-i Bakı, Sumqayıt və Abşeronun payına düşür”, - E.Əmrullayev vurğulayıb.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...