Azərbaycanda evini tərk edən koronavirus xəstəsi belə saxlanıldı - VİDEO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xaqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...
