Azərbaycanda ət UCUZLAŞIR?
Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə olunur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.
Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.
Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.
Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.
Oxşar xəbərlər
Ən bahalı torpaqlar haradadır? - Regionlar üzrə qiymət fərqləri
"Regionlarda torpaq bazarında da qiymət artımı müşahidə olunur. Hazırda ən bahalı torpaq sahələri turizm və iqtisadi aktivliyin yüksək olduğu şəhərlərdə qeydə a...