Azərbaycanda ərə verilən məktəbli qızın qayınatası danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayonunda məktəbli qız ərə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, toy Sabirabad rayonunun Qəzli kəndində baş tutub. "Sabirabad rayonu qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir", - deyə bildirib.
Daxili İşlər Nazirliyi məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqa zidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...