Azərbaycanda ən çox otel bu regionlarda yerləşir - TOP 10

Azərbaycan turizm sektoru son illərdə sabit artım tempi nümayiş etdirir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 2025-ci ildə ölkə üzrə fəaliyyət göstərən otellərin sayı 813-ə yüksəlib.
Bu, 2019-cu illə müqayisədə 170-dən çox artım deməkdir. Ən çox otel paytaxt Bakıda cəmləşib -burada 294 otel turistlərə xidmət göstərir. Paytaxt həm beynəlxalq tədbirlərin, həm də mədəni turizmin mərkəzi kimi liderliyini qoruyur. Bakını Quba-Xaçmaz (111 otel), Lənkəran-Astara (100 otel), və Şəki-Zaqatala (75 otel) regionları izləyir.
Qeyd edək ki, bu artım təkcə daxili turizmin inkişafı ilə deyil, həm də xarici turist axınının yüksəlməsi ilə bağlıdır. Azərbaycanın təbii və mədəni zənginliyi, eləcə də yeni turizm infrastrukturu ölkəni regionun ən cəlbedici istiqamətlərindən birinə çevirir.
2025-ci ildə ən çox otelə sahib olan Top-10 bölgə:
1. Bakı şəhəri – 294 otel
2. Quba-Xaçmaz – 111 otel
3. Lənkəran-Astara – 100 otel
4. Şəki-Zaqatala – 75 otel
5. Dağlıq Şirvan – 49 otel
6. Gəncə-Daşkəsən – 43 otel
7. Abşeron-Xızı – 32 otel
8. Mərkəzi Aran – 28 otel
9. Qarabağ – 17 otel
10. Naxçıvan Muxtar Respublikası – 17 otel
Orxan Hüseyn
Oxşar xəbərlər
Bu şəhərdə qaranlıq küçələr işıqlandırılacaq
Biləsuvar şəhərində küçə işıqlandırma sistemlərinin cari təmiri ilə bağlı yeni layihə həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, Biləsuvar Rayon İcra Haki...
