Azərbaycanda əməliyyatların sayı artdı - Statistika açıqlanıb

Azərbaycanda əməliyyatların sayı artdı - Statistika açıqlanıb
Sosial 40

Azərbaycanda 2024 və 2025-ci illərin ilk 10 ayı üzrə dövlət və özəl tibb müəssisələrində aparılan əməliyyatların statistikasına dair təqdimat açıqlanıb.

BAKU.WS xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, ölkədə həyata keçirilən əməliyyat və tibbi prosedurların sayında artım müşahidə olunur.

Hesabata əsasən, 2024-cü ilin ilk 10 ayında 542 516, 2025-ci ilin eyni dövründə isə 571 449 əməliyyat icra edilib.

Bu rəqəm ümumi əməliyyat sayında 5 faiz artım olduğunu göstərir. Dövlət tibb müəssisələrində ən çox aparılan əməliyyatlar aşağıdakı sahələr üzrə qeydə alınıb: -ginekoloji əməliyyatlar, -uroloji əməliyyatlar, -oftalmoloji əməliyyatlar.

Təqdimatda həmçinin ən çox əməliyyat icra olunan tibb müəssisələri açıqlanıb. Siyahıya aşağıdakılar daxildir: -Sabunçu Tibb Mərkəzi, -Sumqayıt Tibb Mərkəzi, -Yeni Klinika, -Gəncə Birləşmiş Şəhər Xəstəxanası, -Mərkəzi Neftçilər Xəstəxanası. Məlumatlar ölkədə tibbi xidmətlərin həcminin ildən-ilə artdığını və əməliyyatların əsasən hansı istiqamətlərdə və tibb müəssisələrində cəmləndiyini göstərir.

Şəhanə Xankişiyeva

Son xəbərlər