Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Banklar... - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
“Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.
ETX vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.
Qalereya
Oxşar xəbərlər
Şəxsi parollar və bank hesabları bu yollarla ələ keçirilir - QORUNMA YOLLARI
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox insan dələduzların, daha dəqiq desək kibercinayətkarların hədəfinə çevrilirlər. BAKU.WS-in məlumatına gör...