Azərbaycanda devalvasiya gözlənilirmi? - ABA-nın prezidenti cavab verdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda koronavirusun iqtisadiyyata təsiri və neftin ucuzlaşması fonunda Azərbaycanda dolların bahalaşması gözlənilmir.
BAKU.WS xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev belə bir açıqlama ilə çıxış edib.
Z.Nuriyev İTV-də yayımlanan "3D" verilişində vəziyyəti belə izah edib:
"Birinci bunu qeyd edim ki, Azərbaycan kifayət qədər iqtisadi cəhətdən güclü bir dövlətdir. Bu gün bizim Dövlət Neft Fondunda 40 milyardın üzərində, Mərkəzi Bankda 6 milyardın üzərində vəsaitimiz mövcuddur. Yəni kifayət qədər böyük ehtiyatlara malikik.
Vəziyyət kifayət qədər mürəkkəb və qeyri-müəyyəndir, lakin bugünkü vəziyyət tam idarə edilir və nəzarət altındadır".
Oxşar xəbərlər
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...