Azərbaycanda “Delta” ştammına yoluxanların sayı 30-u ötdü
Yeniliklərdən dərhal xəbərdar olun
Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı açıqlamada bildirilib.
Qeyd edilir ki, qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir. Hindistanda ortaya çıxan “Delta” ştammının simptomlarının test və izolyasiya tədbirlərdən kənarda qalmağa səbəb olduğu bildirilir. Bu mutasiyanın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu barədə məlumatlar var.
Oxşar xəbərlər
Azərbaycanda "Delta" ştammı AŞKARLANDI
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb. BAKU...