Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Test analizinin cavabı hələlik bəlli olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.
R.Rəsulovun cənazəsi polislərin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...