Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
Foto
Sosial 663

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının uşaqlar üzrə baş infeksionisti Şirin Əhmədova koronavirus infeksiyasından dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, baş infeksionist bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Məlumat üçün bildirək ki, Ş.Əhmədova qərb bölgəsində ən tanınan həkimlərdən biri olub.

O, bu virusa yoluxan xəstələrin müalicəsində iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər