Azərbaycanda daha 1763 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1245 nəfər yoluxub, 409 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərarga...
