Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub
Foto
Sosial 83

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 879 nəfər müalicə olunaraq sağalıb, hazırda 548 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 622, bu günə qədər isə ümumilikdə 7 407 971 test icra olunub.

Son xəbərlər