Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 825 035 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 647 nəfər müalicə olunaraq sağalıb, hazırda 399 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 946, bu günə qədər isə ümumilikdə 7 399 992 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa 68 yoluxma halı qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...