Azərbaycanda COVİD-19-a gündəlik yoluxma 1700-ə çatdı

Azərbaycanda COVİD-19-a gündəlik yoluxma 1700-ə çatdı
Sosial 302

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 633 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib. 12 829 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851, bu günə qədər isə ümumilikdə 6 065 279 test icra olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda COVİD-19-a gündəlik yoluxma 1200-ə yaxınlaşır

Azərbaycanda COVİD-19-a gündəlik yoluxma 1200-ə yaxınlaşır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

316 Sosial 18:44 20 yanvar 2022

Son xəbərlər