Azərbaycanda çörək bahalaşacaq? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya bərk buğda ixracına qadağa qoyur. Qərar gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq.
Azərbaycan buğda ehtiyatlarının böyük hissəsini Rusiyadan təmin edir. Rusiya Ukrayna müharibəsi başlayanda dünyada yaşanan taxıl böhranı çörəyin qiymətinin bahalaşması ilə nəticələnmişdi. Üstəlik, taxıl qıtlığı təhlükəsi də yaranmışdı. Onda söhbət əla növ buğdadan gedirdi. Bu dəfə ixraca qadağa qoyulan bərk buğdadır. Daha çox makaron istehsalında istifadə edilir. Amma Azərbaycanda bərk buğdadan çörək istehsalında da istifadə edənlər var.
Çörəyə bərk buğda qatmaq olarmı? Əsas sual: Rusiyanın qoyduğu qadağa çörəyin qiymətinin qalxmasına səbəb olacaqmı?
Ətraflı İctimai TV-nin süjetində:
Oxşar xəbərlər
Dünya bazarındakı vəziyyət Azərbaycanda unun qiymətində artımı qaçılmaz edir - AÇIQLAMA
“Dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın, unun qiymətində artımı qaçılmaz edir”. BAKU.WS xəbər verir ki, bunu "apa"ya açıqlamasında “Azad İstehlakçıl...