Azərbaycanda bu tibb məntəqəsində həkim yoxdur

Azərbaycanda bu tibb məntəqəsində həkim yoxdur
Sosial 106

Saatlının Qazanbatan kəndinin tibb məntəqəsində həkim yoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə report-a yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, 10 ildən çoxdur ki, kənddəki tibb məntəqəsinin qapısı bağlı qalıb:

"15 il bundan əvvələ qədər bura işləyirdi. Yardıma ehtiyacımız olanda müraciət edirdik. Amma son vaxtlar həkim olmadığı üçün, məcbur qalıb rayon mərkəzinə gedirik. Bəzən elə olur ki, xəstəmizi rayon mərkəzinə vaxtında çatdıra bilmirik".

Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, bu problemdən onlarda xəbərdardır:

"Bu istiqamətdə zəruri tədbirlərin görülməsi planlaşdırılır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər