Azərbaycanda bu təsərrüfatlar vergidən azad edilib - RƏSMİ
"İlkin uçot məlumatlarına əsasən ölkə ərazisində təxminən 700-ə qədər balıqyetişdirmə təsərrüfatı mövcuddur. Bu təsərrüfatlar kiçik, orta və iri miqyaslı olmaqla müxtəlif kateqoriyalara bölünür".
Bu barədə BAKU.WS-in sorğuauna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Mərkəzdən həmçinin bildirilib ki, onlardan 95 təsərrüfat rəsmi qeydiyyata alınmış və Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən müvafiq şəhadətnamə ilə təmin olunub:
"Cari ildən etibarən akvakultura təsərrüfatları vergidən azad edilib. Eyni zamanda təsərrüfatların gələcəkdə subsidiya alması məqsədilə aidiyyəti qurumlarla müzakirələr aparılır və müvafiq təkliflər hazırlanır. Bu prosesin sürətləndirilməsi üçün akvakultura təsərrüfatlarının qeydiyyata alınması işi də intensivləşdirilmişdir. Bundan əlavə, mövcud balıq genofondunun yaxşılaşdırılması məqsədilə məhsuldar balıq cinslərinin ölkəyə gətirilməsi planlaşdırılır. Həmçinin balıq və balıq məhsullarının satış və realizə mexanizmlərinin optimallaşdırılması istiqamətində də müvafiq tədbirlər nəzərdən keçirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. BAKU.WS həmin bəyanatı təqdim edir: "Son günlər İran və digər xarici ölkələrin...