Azərbaycanda bu telefonların qiyməti 100-200% BAHALAŞDI
Azərbaycanda 2026-cı ildən mobil cihazların idxalına tətbiq edilən yeni vergi qaydaları bazarda ciddi qiymət artımına səbəb olub.
Bu barədə 20 ilə yaxındır mobil telefon satışı ilə məşğul olan sahibkar Aqşin Məmmədzadə BAKU.WS-ə müraciətində bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən ölkəyə idxal olunan bütün mobil cihazlara 15% gömrük rüsumu və 18% ƏDV ilə yanaşı, əlavə olaraq 20 manat + ƏDV (23,5 manat) məbləğində aksiz vergisi tətbiq edilir.
Sahibkar qeyd edir ki, bu vergi bahalı smartfonlara ciddi təsir göstərməsə də, invoys dəyəri 4-20 dollar olan sadə düyməli telefonların qiymətini kəskin artırıb:
"İnvoys dəyəri 5 dollar (təxminən 8,5 manat) olan telefona digər vergilərlə yanaşı 23,5 manat aksiz tətbiq olunur. Nəticədə belə cihazın idxalçıya maya dəyəri 39-40 manata çatır. Pərakəndə satışda isə qiymət 50-60 manat olur. Bu da ötən illə müqayisədə qiymətlərin 100%, bəzi hallarda isə 200% artması deməkdir".
A.Məmmədzadə bildirir ki, eyni məbləğdə aksizin həm 5 dollarlıq, həm də 1000 dollarlıq telefona tətbiq olunması ciddi problem yaradır.
Oxşar xəbərlər
Hansı bürclərin həyatları ancaq işdən ibarətdir?
Astroloqların fikrincə, bəzi bürclər işə və karyeraya başqalarından daha çox önəm verir və gündəlik həyatları əsasən peşəkar fəaliyyətlərlə dolur. BAKU,WS xəbə...