Azərbaycanda bu tarixdən etibarən su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanacaq

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilən, cavabsız qalan müvafiq sənədlərin cavabı tezləşdirilməlidir".
BAKU.WS xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ADSEA) rəhbərliyi ilə həyata keçirilən "Su şəbəkələrinə qoşulma" işçi qrupunun iclasında ADSEA-nın sədrinin müşaviri Etibar Məmmədov deyib.
O, bildirib ki, Azərbaycanda fevralın 15-dən etibarən su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq.
"İşlərin icrasında yaranan çətinliklərə baxmayaraq, yaxşı irəliləyişlər əldə olunub. Müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. Aidiyyəti qurumlar prosesə qoşulub. Layihənin icrası işləri davam etdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilən, cavabsız qalan müvafiq sənədlərin cavabı tezləşdirilməlidir. Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub. Sənədlərin bir qisminə geridönüş edilib, lakin bir qisminə hələ də cavab verilməyib".
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 781,8 milyon manatlıq hərbi məhsul istehsal edilib
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən ötən il ümumilikdə 781,8 milyon manat məbləğində məhsul istehsal edilib. BAKU.WS xəbər verir ki, bununla b...
