Azərbaycanda bu şəxslərin maaşı artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
“İcbari tibbi sığortanın tətbiqində narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb”.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, burada iki artım var:
“Biri sabit əlavədir - hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq olan artımdır. İkincisi isə xidmətə görə artımdır. Bir çox həkimlər var ki, göstərdiyi xidmətə görə kifayət qədər böyük vəsaitlər alırlar.
Sadəcə bu, təzə sistem olduğu üçün vaxt lazımdır ki, həkimlər bunu öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın.
Mən düşünürəm ki, xəstəxanalar və həkimlər bu ilin sonuna qədər daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin narazılıqlarını başa düşürəm. Ölkədə səhiyyə sahəsində bütün sistemi yenidən dəyişməyə zaman lazımdır".
Oxşar xəbərlər
Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatlar pulsuz olacaq? - FOTO
Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatların icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi planl...