Azərbaycanda bu şəxslərin maaşı artır - 30
Yeniliklərdən dərhal xəbərdar olun
Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.
Sual doğuran məqam sərəncamın kimlərə şamil olunacağıdır. Bəziləri bütün müəllimlərin bu sərəncamdan yararlanacaqlarını düşünsələr də, bir qisim, sadəcə, diaqnostik qiymətləndirmə və sertifikasiya proseslərindən uğurla keçənlərin maaşlarında artımın olacağına inanır.
Bəs ümumilikdə yanvarın birindən hansı müəllimlərin əməkhaqlarında artım gözlənilir?
BAKU.WS xəbər verir ki, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında sərəncamın məktəblərdə yalnız müəllimləri əhatə etməyəcəyini bildirib:
“Qeyd etmək lazımdır ki, minimum aylıq əməkhaqqının artımı ilə bağlı sərəncam bütün sahələrdə çalışan vətəndaşları əhatə edir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllimlərimizin maaşlarında kifayət qədər artım müşahidə olunur. Həmçinin bu artım məktəblərdə müxtəlif vəzifələrdə çalışan təhsil işçilərinə də şamil edilir. Yəni təhsil müəssisələrində çalışan və əməkhaqqısının məbləği 345 manatdan aşağı olan işçilərin maaşı müəyyən edilən minimuma çatdırılacaq”.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə açıqlamasında bu artımın müəllimlərin maaşlarına müxtəlif şəkildə təsir edəcəyini bildirib:
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu ayın sonuna kimi 345 manat müəyyənləşdirilən minimum əməkhaqqı miqdarına uyğun olaraq vətəndaşların maaşlarının hansı şəkildə artırılacağını müəyyən edəcək. Yəni bu artım sertifikasiyadan keçənlərlə yanaşı, keçməyən müəllimləri də əhatə edir”.
Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...