Azərbaycanda bu şəxslər pulsuz sanatoriyadan istifadə edə bilər - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan həmkarlar ittifaqları üzvlərin istirahət hüquqlarının təmin edilməsi üçün müxtəlif sosial və reabilitasiya tədbirləri həyata keçirir. Bunlar arasında müalicə və istirahət paketləri, uşaqlar üçün yay düşərgələri, sosial həssas qruplara dəstək və s. kimi tədbirlər var".
Bu barədə BAKU.WS-ə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat daxil olub.
Bildirilir ki, üzvlərin övladları üçün yay istirahət proqramları da təşkil olunur:
"Bundan əlavə, mədəni-kütləvi tədbirlər, ekskursiyalar və kollektiv turlar da keçiririk. İşçilərin istirahət hüquqların təmin olunmasına nəzarət üçün monitorinq mexanizmlərindən istifadə olunur. Sosial həssas qruplara - şəhid ailələri, müharibə iştirakçıları və sağlamlıq imkanları məhdud şəxslərə isə ödənişsiz yollayışlar verilir.
Müalicə və istirahət mərkəzlərində xidmət keyfiyyətinin artırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilir. Bunlara tibbi bazanın genişləndirilməsi və müasir avadanlıqlarla təminat, otaqlarda şəraitin yaxşılaşdırılması və infrastrukturun yenilənməsi, SPA, reabilitasiya və bərpa bölmələrinin yaradılması və s. daxildir. Bunlarla yanaşı, elektron qeydiyyat sistemləri tətbiq olunur, xidmətlərin sayı artırılır".
Oxşar xəbərlər
Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
"Maraqlar toqquşması haqqında" qanun layihəsində vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsinə məhdudiyyət nəzərdə...