Bu rayonlarda kəndlər birləşdirilə bilər

Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər.
BAKU.WS xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Xəzər Xəbər"ə bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.
Komitə sədri həmçinin onu da əlavə edib ki, artıq işğaldan azad edilən ərazilərdə bu konsepsiyanın həyata keçirilməsi üçün müəyyən addımlar atılır.
İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir.
Qeyd edək ki, əhalisi 5 nəfər və daha az olan kəndlər Xızı, İsmayıllı, Neftçala, Yardımlı, Daşkəsən, Ağsu və Şabran rayonlarında daha çoxdur.
Oxşar xəbərlər
İftar vaxtı – 3 mart 2025: Ramazanın 3-cü günü
Ramazanın üçüncü günü – 3 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları: ✅ İmsak (orucun başlanğıcı): 05:46✅ İftar (orucun bitməsi): 18:49 İmsak və İftar va...
