Azərbaycanda bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunun Quşencə kəndində koronavirusa yoluxan iki qardaş dünyasını dəyişib.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadla məlumatına görə, həmin kənddən daha 9 nəfərdə də virus aşkarlandığı üçün ərazi nəzarət altına alınıb.
Virusun yayılmasının qarşısını almaq üçün kənd sakinlərindən testlər götürülür.
Kəndin icra nümayəndəsi Yaşar Şirəliyev bildirib ki, bir neçə gün əvvəl koronavirusdan ölən iki nəfər dəfn edilib. Yoluxan 9 nəfərdən isə 8-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicəyə göndərilib.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Quşencə kəndi nəzarətdə saxlanılır. Kənd sakinlərindən testlər götürülüb.
Sakinlərə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Götürülən digər testlərin nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...