Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib.
Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakı ödənişli olub.
Bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Şəki sakinlərinə ŞAD XƏBƏR: 1 milyona yaxın pul ayrıldı
Şəki şəhərində yolların asfaltbeton örtüyünün əsaslı təmiri nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, təmir işləri Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən hə...