Azərbaycanda bir neçə vəzifəli şəxs cərimələnib

Azərbaycanda bir neçə vəzifəli şəxs cərimələnib
Sosial 51

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qusar rayonu ərazisində tədbirlər həyata keçirib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, rayonun Köhnə Xudat, Gədəzəyxur, Hil və İmamqulukənd kəndlərində məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər