Azərbaycanda bir gündə yüzlərlə nişan qayıtdı - SƏBƏB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanı ləğv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O, ölkədə ilk dəfə bu addımın atıldığını vurğulayıb:
"2024-cü ilin ilk günü bu məlumatla paylaşmağı özümə borc bilirəm. İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb.
DİN profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb".
"DİN-in bir dəfə yetər deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs ağır cəza olmalı idi. Biz bacardıq", - deyə o, paylaşımda bildirib.
Qeyd edək ki, bir müddət öncə Sabirabad rayonu Məmişli kəndində 12 yaşlı övladını 32 yaşlı şəxslə nikaha daxil olmağa məcbur edən ata həbs edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...