Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı
“Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır:
“Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş rejiminə keçsələr də, yenə də tələbi ödəyə bilmirlər”.
Hökumət rəsmisinin sözlərinə görə, ölkənin apardığı bugünkü xarici siyasət imkan verdi ki, bu rejimdə bəzi ölkələr Azərbaycana maska satmağa razılaşıblar: “İstehsalı bir gündə təşkil etmək mümkün deyil. Çünki avadanlıqların alışı və ölkəyə gətirilməsi var. Qısa müddətdə gömrük rüsumları, vergi və s. məsələlərlə əlaqəli elə əlverişli vəziyyət yarandı ki, artıq ölkədə tezliklə Azərbaycan istehsalı olan spirtlər satışda olacaq və üzərində Azərbaycan dilində göstəriciləri də yazılıb”.
İ.Məmmədov əlavə edib ki, növbəti ayın əvvəlində yerli maska istehsalı da başlayacaq: “Gündəlik maksimal 200 min maska istehsalı işə düşəcək. Üstəgəl, idxal da var. Belə ki, 2-3 gün əvvəl ölkəyə 500 min maska gətirilib. Eyni zamanda, 1,5 milyon maska da ölkəyə hissə-hissə daxil olacaq”.
Oxşar xəbərlər
"Virus laboratoriyadan yayılıb" - Koronavirusun sonu barədə PROQNOZ
Bəşəriyyət növbəti sınağından keçir.COCİD-19 dünyadakı hökmünü artırdıqca insanlarda müxtəlif suallar yaranmaqda davam edir. Kimdir müqəssir? Təbiət yoxsa insan...