Azərbaycanda baş həkim işdən çıxdı

27
yan
2021
22:25
Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub. Bu barədə BAKU.WS-in bölgə müxbirinə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:"Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi."- Y.Quliyev bildirib.Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...