Azərbaycanda avtomobil benzini istehsalı ARTIB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,225 milyon ton avtomobil benzini istehsal edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,2 min ton və ya 2% çoxdur. Ötən ilin ilk 10 ayında ölkədə 1,201 milyon ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin noyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 83,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...