Azərbaycanda artezian quyuları ilə bağlı qaydalar hazırlanır - RƏSMİ
"Yerin təki haqqında” qanunvericiliyə, eləcə də artezian və subartezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır".
BAKU.WS xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, quyuların qazılması dövlət sənədi kimi vahid sənəd olacaq: “Bu, təbii sərvətdir və yeraltı sular da qorunmalıdır. Əgər ərazidə yerüstü su ehtiyatları kifayət qədər varsa, yeraltı suların qazılmasına icazə verilmir. Amma kiçik dərinlikdə yuxarı səviyyədə qrunt sularının həyətyanı sahələrdə çıxarılmasına icazə verilir. Bu, qanunla tənzimlənir”.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...