Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artır - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı artmağa davam edir”.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov deyib.
O ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı bildirib ki, bu gün Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artmaqdadır:
“Bu gün Azərbaycanda 150-yə yaxın ağır vəziyyətdə olan COVID-19 xəstəsi var. Bu rəqəmlər günbəgün artmağa davam edir. Süni tənəffüs aparatlarına qoşulan 20-25 xəstə var. Aprelin sonu mayın əvvəlində süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 8 olub. Əlavə oksigen terapiyası aparılan pasiyentlərin də sayı artır.
Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 3406-dır. Onların əksəriyyəti xəstəliyi yüngül keçirsə də, ağır və orta ağır vəziyyətdə olan xəstələrin sayı da az deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə virusa yoluxma faktlarının artdığını təsdiq edib. Təəssüf ki, mövcud vəziyyət ürəkaçan deyil. Digər ölkələrlə müqayisədə yenə də Azərbaycanda qeydə alınan yoluxma və ölüm faktları nisbətən azdır”.
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...