Azərbaycanda 65 yaşına çatmış həkimlərin işləməsinə icazə veriləcək? - Komitə sədri AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
"Regionlarda həkim çatışmazlığı var və biz bu məsələni dəfələrlə qaldırmışıq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bu istiqamətdə atılan addımlar öz uğurlu nəticəsini verəcək. Ə.Əmiraslanov qeyd edib ki, həkimlər, əsasən, böyük şəhərlərdə çalışırlar və müəyyən regionda həkim çatışmazlığı problemi var:
"Bu istiqamətdə aparılan işlərdən biri də 65 yaşına çatmış həkimlərin işləməsinə icazə verilməsidir. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə iş aparılır və ümid edirik ki, 65 yaşına çatmış həkimlərin işləməsinə icazə veriləcək".
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...