Azərbaycanda 38 nəfər koronavirusa yoluxdu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə bildirilib
Hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 791 nəfər müalicə olunaraq sağalmış, 19 nəfər vəfat etmiş, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasında 49 yeni koronavirus...